Lukaşenko Polşaya getməkdən niyə imtina edib? 

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko Polşaya getməkdən niyə imtina edib? 

Dünya

29 Avqust 2019 13:59 1188


Belarus prezidenti Aleksandr Lukaşenko Polşanın paytaxtı Varşavada keçiriləcək İkinci Dünya Müharibəsinin başlanmasını 80 illiyi ilə bağlı anım tədrbirində iştirak etməyəcək.  

Tədbirdə Belarusu bu ölkənin Polşadakı səfiri təmsil edəcək. “Yeni Sabah”məlumatına görə, Polşanın “Reçpospolita” nəşri  Lukaşenkonun bu addımını Rusiya prezidentinin tədbirə dəvət olunmaması ilə əlaqələndirib.

Belarus Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Anatoli Qlaz isə bu mövzu ətrafında konspirologiya ilə məşğul olmamağa çağırışıb edib. pizza mizza

XİN-nin nümayəndəsi xatırladıb ki, Minsk artıq bu məsələ ilə bağlı mövqeyini açıqlayıb. Anatoli Qlaz daha sonra əlavə edib ki, müharibə mövzusu Belarus üçün müqəddəsdir və buna həmişə şəffaf yanaşma olub.

“Məhz SSRİ-nin istisnasız olaraq bütün xalqları faşizm üzərində həlledici qələbəyə töhvələrini verib”,- deyə Anatoli Qlaz vurğulayıb.

O daha sonra qeyd edib ki, anım tədbirinə Rusiya ilə yanaşı Orta Asiya  ölkələri də dəvət olunmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!