Lukaşenko tapşırdı: “Oreşnik” Belarusda yerləşdirilsin

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko tapşırdı: “Oreşnik” Belarusda yerləşdirilsin

Dünya

12 Dekabr 2024 15:26 325


Belarus prezidenti Aleksandr Lukaşenko Baş Qərargah rəisi Pavel Muraveykoya “Oreşnik” raket sisteminin ölkədə yerləşdirilməsini təmin etməyi və onun istifadəsini planlaşdırmağı tapşırıb.

Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bunu Muraveyko Belarus Təhlükəsizlik Şurasının iclasından sonra deyib:

"Yalnız bir göstəriş var: ərazimizdə "Oreşnik"in yerləşdirilməsini təmin etmək və ondan istifadəni səriştəli planlaşdırmaq". Sezar pizza

Belarusa dəqiq neçə belə kompleksin təhvil verilməsinin nəzərdə tutulduğunu soruşduqda o, belə cavab verib: “Bunu yalnız Rusiya prezidenti bilir”.

Belarus və Rusiya prezidentləri 2025-ci ildə Belarus ərazisinə Oreshnik və digər ən yeni rus silahlarını yerləşdirməyə hazır olduqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!