Lukaşenko və övladları belə aradan götürüləcəkdi - Təfərrüat

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko və övladları belə aradan götürüləcəkdi - Təfərrüat

Dünya

18 Aprel 2021 13:27 1030


“Övladlarıma sui-qəsd etməyi planlaşdıran bir qrup saxlanılıb”. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Sui-qəsd planı böyük ehtimalla Mərkəzi Kəşfiyyat İdarəsində hazırlanıb. Onların Minskə gələrək mənim və uşaqlarımın həyatına qəsd təşkil etmək istəklərini aşkarladıq", - Lukaşenko vurğulayıb.

Eyni zamanda, Rusiya Federal Təhlükəsizlik Xidməti Belarusda hərbi çevriliş hazırlayan iki nəfərin həbs olunduğunu açıqlayıb: Marqarita pizza

“Rusiya Federal Təhlükəsizlik Xidməti Belarus Respublikası Dövlət Təhlükəsizliyi Komitəsi ilə birlikdə xüsusi əməliyyat keçirib və nəticədə ABŞ və Belarus vətəndaşı olan Yuri Leonidoviçin qanunsuz fəaliyyətini aşkarlayıb. Məlum olub ki, Yuri Leonidoviç Belarus Respublikası vətəndaşı Aleksandr İosoviç Feduta ilə yerli və Ukrayna millətçilərinin iştirakıyla ölkədə hərbi çevriliş vasitəsilə Lukaşenkonun fiziki olaraq aradan götürülməsini planlaşdırıblar. Çevriliş isə Minskdə 9 May Qələbə Günü paradında reallaşdırılacaqdı". /Axar.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!