Lukaşenkodan koronavirus resepti: “Araq, sauna və traktor”

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenkodan koronavirus resepti: “Araq, sauna və traktor”

Sağlamlıq

20 Mart 2020 07:57 1486


Belarus prezidenti Aleksandr Lukaşenko vətəndaşları təşvişə düşməməyə və virus haqqında çox danışmamağa çağırıb.

“Yeni Sabah” Medicina.az-a istinadən bildirir ki, ölkə rəhbəri insanları tarlada işləməyə səsləyib:

"Orda heç kimin yadına virus düşmür. Çıxın tarlaya, traktor sizi müalicə edəcək".

Daha sonra prezident öz qorunma tədbirləri barədə danışıb. Spirtli içki içməyən Lukaşenko bu dəfə fərqli məsləhət verib: Marqarita pizza

"İndi araqla nəinki əlləri yumaq, gündə 40-50 qram təmiz spirti qəbul etmək virusu zəhərləyib, öldürər. Amma bunu iş vaxtı etməyin".

Əyalətlərdə vəzifələrə yeni təyin etdiyi məmurlara isə Lukoşenko virusdan qorunmaq üçün saunanı məsləhət görüb:

"Həftədə 2-3 dəfə quru saunaya gedin. Çinlilər bizə deyib ki, bu virus 60 dərəcə istiyə dözmür".

"İşləyin, tarlalara çıxın, torpaq hər kəsi müalicə edəcək".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!