“LUKOIL-Azərbaycan”ın rəhbərliyi cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“LUKOIL-Azərbaycan”ın rəhbərliyi cərimələndi

Sosial

30 Aprel 2025 08:54 322


"LUKOIL-Azərbaycan" Qapalı Səhimdar Cəmiyyəti (QSC) gömrük tələblərini pozduğu üçün cərimələnib. 

“Yeni Sabah”ın məlumatına görə, Dövlət Gömrük Komitəsi tərəfindən QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Belə ki, QSC-nin ünvanına Rusiya Federasiyasında fəaliyyət göstərən “Lukoil-Volqoqradneftepererabotka” şirkəti tərəfindən göndərilən “95 oktanlı avıobenzin” adlı yük “Yalama" gömrük postundan keçməklə ölkə ərazisinə gətirildiyi, gömrük ərazisinə gətirməzdən əvvəl, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim etməli olduğu halda, təqdim edilmədiyi  müəyyən edilib.  Sezar pizza

Məhkəmənin qərarı ilə, QSC rəhbərliyi 1500 manat məbləğində cərimə olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!