LUKOIL nağdsız ödənişləri dayandırıb –   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

LUKOIL nağdsız ödənişləri dayandırıb – RƏSMİ AÇIQLAMA

İqtisadiyyat

17 Noyabr 2025 13:54 1197


LUKOIL-a benzin vurdurmaq üçün yaxınlaşan vətəndaş yanacaqdoldurma məntəqəsində qəribə reaksiya ilə qarşılaşıb. Ödənişi onlayn etmək istəyən vətəndaşa bildirilib ki, ödəniş yalnız nəqd qəbul olunur.

Məntəqə işçisinin sözlərinə görə kartla ödənişin qəbulu dünən axşam 7 radələrində dayandırılıb və onlara yalnız nağd ödəniş götürmək tapşırığı verilib.

Məsələ ilə bağlı “Yeni Sabah” “Lyukoil Azərbaycan” QSC ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, yayılan şaiyələr həqiqəti əks etdirmir: Marqarita pizza

“Belə bir məhdudiyyət yoxdur. Bu sadəcə bankların texniki problemləridir. “Visa” və “Master” kartların texniki səbəblərdən müvəqqəti olaraq dayanıb. Hazırda bunun üzərində işləyirlər. Düzələcək”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!