Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olundu

saytların hazırlanması

Evə çatdırılma

Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olundu

Rəsmi

29 Aprel 2024 15:07 1344


Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anri noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransı - COP29-a dəvət olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Aİ yanındakı missiyanın rəhbəri Vaqif Sadıqov "X" hesabında bildirib.

"Bu gün Lüksemburqun Böyük Hersoqunun müşaviri Mark Balteslə görüşərək Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Hersoq Əlahəzrət Anriyə noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət məktubunu təqdim etməkdən məmnun oldum", - diplomat paylaşımında qeyd edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!