Luqansk vilayətində ağır yol qəzasında 7 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Luqansk vilayətində ağır yol qəzasında 7 nəfər öldü

Dünya

21 Dekabr 2024 23:05 365


Rusiyanın ilhaq etdiyi Luqansk vilayətində mikroavtobus və avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində yeddi nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin “Luqansk Xalq Respublikası” üzrə istintaq idarəsi məlumat yayıb. 

“Bu gün axşam saatlarında Dovjanske – Kiyev yolunda, Antratsit bələdiyyə dairəsinin Dyakove kəndi yaxınlığında mikroavtobus və avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla yeddi nəfər aldığı xəsarətlərdən keçinib. Digər sərnişinlərin vəziyyəti müəyyən edilir”, – məlumatda qeyd olunub. pizza mizza

Qeyd edək ki, Ukraynanın Dyakove kəndi 2014-cü ildən işğal altındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!