Maaşlardan bu qədər vergi tutulacaq

saytların hazırlanması

Evə çatdırılma

Maaşlardan bu qədər vergi tutulacaq

İqtisadiyyat

27 Oktyabr 2025 08:38 9482


“Bu günlərdə Vergilər Məcəlləsinə yeni dəyişiklik çox müzakirə edilir. Əsasən də özəl sektorda 2500 qədər olan maaşlara 3%verginin tətbiq edilməsi müzakirə edilir”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə bunu iqtisadçı-ekspert Eyyub Kərimli çıxış edib.

O, bəzi KİV-də 1000 manat olan maaşlardan 30 manat vergi tutulacağı haqda xəbər yayıldığını, lakin bu səhv olduğunu qeyd edib: Pepperoni pizza

“Belə ki, hazırkı dəyişiklik Vergilər Məcəlləsinin 102.1.6 maddəsinin tələblərini yenidən tətbiq etməyə imkan verir. 

Həmin maddənin tələbinə əsasən fiziki şəxslərin gəlirləri ayda 2500m olduqda, 200 manat olan hissəsi vergi tutulmasından azaddır.

Yəni ki, 1000 manat maaş alan insan 30 manat deyil, 24 manat vergi ödəyəcək: 1000m -200manat=800 m x 3%=24manat.

Həmin maddənin tələbi, ödəniləcək verginin 6 manat azalmasına imkan verir. 2500 manat maaş alan şəxs isə 75 deyil, 69 manat vergi ödəməli olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elsen
    Bu vergini elə tenzimlesinler ki,ayda heç olmasa 800 manatdan yuxarı maaş alanlardan tutulsun,ondan aşağı maaş alanların puluna düşməsinlər,ayda 400/450/500/550 manat maasdan vergi tutulsa onda maddi cəhətdən vəziyəti ağır olanların, vəziyyəti daha da ağırlaşa aq.
    7 months ago