Ağır xəstəlikdən sonra Madonna səhnəyə qayıtmağa tələsir.
Yenisabah.az xəbər verir ki, müğənni sosial şəbəkələrdə emosional mesaj yazaraq, ona dəstək olan yaxınlarına təşəkkür edib.
Madonna onun üçün ən yaxşı dərmanın ailə sevgisi olduğunu vurğulayıb: Toyuqlu pizza
"Ailə və dostların sevgisi ən yaxşı dərmandır".
Bir ay əvvəl pop-ulduzun meneceri Madonnanın "ciddi bakterial infeksiyaya yoluxduğunu" açıqlamışdı. Bu, müğənninin bir neçə gün reanimasiyada qalmasına səbəb olub.
64 yaşlı sənətçi "Celebration" adlı qastrol səfərini təxirə salıb. Əvvəlcə ilk konsertlər iyulda keçirilməli idi, lakin sonda onlar payıza təxirə salındı.
Telegram kanalımız