Mağazadan oğurluq edən tutulub

saytların hazırlanması

Evə çatdırılma

Mağazadan oğurluq edən tutulub

Kriminal

14 May 2019 11:02 1063


Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Tovuz rayon sakini rayon polis şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus mağazadan mayın 6-dan 7-nə keçən gecə naməlum şəxs və ya şəxslər gizli yolla daxil olaraq 350 manat nağd pulu oğurlayıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ayaz Qasımov şübhəli qismində saxlanılıb. Dominos pizza

O, ilkin dindirmə zamanı ağır dərəcəli sərxoş olduğunu və hadisəni də spirtli içkinin təsiri altında törətdiyini etiraf edib, əldə etdiyi pulun bir qismini xərclədiyini deyib. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!