Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində, yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş vermiş partlayış zamanı 20 uşaq xəsarət alıb.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Rusiya Prezidentinin hökumət üzvləri ilə görüşündə bildirib.
O qeyd edib ki, hadisə nəticəsində 20-si uşaq olmaqla 119 nəfər xəsarət alıb, 3-ü uşaq olmaqla 35 nəfər ölüb: Dominos pizza
“Vəziyyət yerində qiymətləndirildikdən sonra 3-ü uşaq olmaqla 16 pasiyentin sağlamlıq vəziyyəti ilə əlaqədar Moskvadakı federal tibb qurumlarına təxliyə edilməsi qərara alınıb”, - baş nazirin müavini məlumat verib.
Telegram kanalımız