Mahir Aslanovun ölümünün   təfərrüatları məlum olub

saytların hazırlanması

Evə çatdırılma

Mahir Aslanovun ölümünün təfərrüatları məlum olub

Siyasət

24 Fevral 2026 09:38 1997


Milli Məclisin sabiq deputatı, iş adamı Mahir Aslanovun ölümünün təfərrüatları məlum olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, uzun müddətdir Rusiyasının Yessentuki şəhərində yaşayan sabiq parlament üzvünün bir ay əvvəl ürəyində ciddi problemlər yaranıb.

O, bununla əlaqədar olaraq Bakıya qayıdıb. Marqarita pizza

Burada sahibi olduğu “Kəpəz” xəstəxanasında müayinələrdən keçib. Keçirilən müayinələr zamanı Mahir Aslanovun təcili əməliyyata ehtiyacı olduğu müəyyənləşib.

Həkimlər ona Türkiyənin İzmir şəhərində əməliyyat olunmağı məsləhət görüblər. Həkimlərin İzmir xəstəxanasını seçmələri də təsadüfü olmayıb. Onlar həmin xəstəxanada tanıdıqları və etibar etdikləri türkiyəli doktorların olduqlarını bildiriblar.  

M.Aslanov bununla əlaqədar olaraq adıçəkilən şəhərə gedib və əməliyyat olunub, lakin əməliyyat uğursuz alınıb və keçmiş deputat narkozdan ayılmayıb.

Mərhumun cənazəsinin bu gün Azərbaycana gətiriləcəyi gözlənilir. O, Bakı şəhərində dəfn olunacaq.

Qeyd edək ki, M.Aslanov 1949-cu il noyabrın 22-də Naftalan şəhərində doğulub. 2010-2020-ci illərdə iki çağırış Milli Məclisin deputatı olub.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!