Mahir “Çelsi“ ilə oyundan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Mahir “Çelsi“ ilə oyundan danışdı

İdman

03 Noyabr 2022 12:51 1075


“Bizim üçün çətin oyun oldu, amma biz matçın ilk 15 dəqiqəsinə yaxşı başladıq. Lakin rəqibimiz böyük komandadır və bunu başa düşürük. Bəzi məqamlarda konsentrasiyanı itirdik və nəticədə qol buraxdıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Çelsi"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra UEFA-nın saytına açıqlamasında deyib.

“Oyunda bizim də, rəqibində üstünlük təşkil etdiyi məqamlar oldu. "Çelsi" 2-ci hissəyə yaxşı başladı. İkinci qolu vurmaq və buradan ən azı bir xal götürmək üçün bir neçə şansımız oldu. Sonda "Çelsi" qalib gəldi və bu münasibətlə onları təbrik edirəm" -deyə o bildirib. pizza hut

Bu mövsüm ÇL-in qrupunda ilk oyununa çıxan millimizin üzvü komandanın  daha uğurlu çıxış etməsi üçün nəyin çatışmadığı barədə bunları söyləyib: “Qrup oyunlarında nəyin çatışmadığını söyləmək çətindir. Səhvlərimizi təhlil etməliyik. Amma bu artıq keçmişdə qalıb. Biz bunu təcrübə kimi qəbul edib növbəti oyunları düşünməliyik".

M. Emreli "Stemford Bric"də komandanı dəstəkləyən Zaqreb klubunun azarkeşlərinə təşəkkür edib: “Bundan əvvəl bir çox komandaya qarşı oynamışam, daha iki klubla avrokuboklarda çıxış etmişəm. Amma “Dinamo” azarkeşləri inanılmazdırlar. Qələbə və ya məğlubiyyətdən asılı olmayaraq, onlar həmişə  stadiondadırlar. Biz həmişə onların dəstəyini hiss edirik. Azarkeşlərə təşəkkür etmək üçün oyundan sonra daha on dəqiqə də onların yanında qaldıqş Çünki bu, azarkeşlər üçün asan yol deyildi. Mən onlara təşəkkür etmək istərdim. Biz burada onlarla birlikdə idik”.

Qeyd edək ki, "Dinamo" E qrupunda sonuncu olub.

Xatırladaq ki, M.Emreli "Çelsi" ilə görüşün 70-ci dəqiqəsində meydana çıxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!