Mahir “Dinamo“nun heyətində bu tarixdə meydana çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Mahir “Dinamo“nun heyətində bu tarixdə meydana çıxacaq

İdman

08 Fevral 2022 17:43 730


Millimizin futbolçusu Mahir Emreli şənbə günü "Dinamo"da (Zaqreb) debüt edə bilər.

Yenisabah.az xəbər verir ki, Xorvatiya mətbuatı 24 yaşlı hücumçunun adının Xorvatiya çempionatının 23-cü turunda "Qoritsa" ilə matçın iştirak ərizəsində yer alacağını yazıb. Bildirilib ki, "İstra" ilə görüşdə komandanın hücumçusu Bruno Petkoviç 4-cü xəbərdarlıq alaraq cəzalı duruma düşdüyü üçün növbəti turda meydana Emreli çıxacaq.

Həmçinin Zaqreb təmsilçisinin 15 gün ərzində 5 vacib oyuna ("Qoritsa", "Lokomotiv" "Osiyek"lə ölkə çempionatı, "Sevilya" ilə Avropa Liqası matçları) çıxacağı xatırladılıb. Sıx qrafik səbəbindən baş məşqçi  Jelko Kopiçin rotasiyaya əl atacağı vurğulanıb. pizza

Qeyd edək ki, fevralın 12-i keçiriləcək "Dinamo" - "Qoritsa" görüşü Bakı vaxtı ilə saat 20:05-də başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!