“Mahir Emreli formada deyil“   - Baş məşqçi

saytların hazırlanması

Evə çatdırılma

“Mahir Emreli formada deyil“ - Baş məşqçi

İdman

23 Fevral 2022 17:35 727


"Sevilya" ilə oyunda Mahir Emrelinin mübariz formada olmadığı göründü".

Yenisabah.az xəbər verir ki, bunu "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç Xorvatiyada İspaniya "Sevilya"sına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis azərbaycanlı hücumçunun uzun müddət məşq etmədiyini və komandaya gec qoşulduğunu xatırladıb: "Onun gəlişi də gecikdi. Hücumçunu yavaş-yavaş mümkün olan ən yaxşı vəziyyətə gətirəcəyik. İnanırıq ki, tezliklə bizə meydanda nə isə qazandırmağı bacaracaq". Toyuqlu pizza

Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Dinamo" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasındakı ilk görüşdə Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub.\Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!