Mahir Emreli komanda yoldaşını zədələdi

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli komanda yoldaşını zədələdi

İdman

09 Yanvar 2023 20:48 892


Azərbaycan millisinin futbolçusu Mahir Emreli formasını geyindiyi Xorvatiya klubu “Dinamo”nun kapitanı Ariyan Ademini zədələyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Zaqreb klubunun rəsmi saytı məlumat yayıb.

Hadisə komandanın ikitərəfli oyunu zamanı baş verib. Rovindəki təlim-məşq toplanışı zamanı baş məşqçi Ante Çaçiç yetirmələrini ikitərəfli görüşdə sınayıb. “Ağlar”ın heyətində yer alan Emreli bir epizodda sərt müdaxilə ilə Ademinin ayağını tapdalayıb. Nəticədə şimali makedoniyalı yarımmüdafiəçi oyunu davam etdirə bilməyib. Sezar pizza

Xatırladaq ki, “Dinamo” toplanış çərçivəsində yanvarın 12-də Sloveniya klubu “Çelye” ilə, 17-də isə Zaqrebdə “Bravo” ilə yoxlama görüşü keçirəcək./Fanat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!