Mahir Emreli “Qarabağ”a qayıdır?

saytların hazırlanması

Evə çatdırılma

Mahir Emreli “Qarabağ”a qayıdır?

İdman

30 Avqust 2022 14:00 1142


Xəbər verdiyimiz kimi, Mahir Emrelinin icarə əsasında “Qarabağ”a qayıtması ilə bağlı məsələ gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, Ağdam klubunun təmsilçiləri futbolçunun müqavilə ilə məxsus olduğu “Dinamo” (Zaqreb) ilə danışıqlar aparıb. Məsələ burasındadır ki, Mahir bu mövsüm tez-tez zədələnməsi səbəbindən hazırkı komandasında daha çox ehtiyat heyətdə yer alıb. Bu səbəbdən onun icarəyə verilməsi məsələsi gündəmə gəlib. Onun bu mövsümün sonuna kimi Türkiyə və başqa bir neçə ölkəyə icarəyə göndərilmək variantı olub. Ancaq belə olacağı halda M.Emrelinin özü bir mövsümlük də olsa "Qarabağ"a qayıtmaq istəyib.

Lakin əldə etdiyimiz son xəbərə görə, klublar arasında danışıqlarda istənilən nəticə əldə olunmadığından bu məsələ qapanıb. Yəni klubu onun Azərbaycana qayıtmasına icazə verməyib./Qol.az  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!