Mahir içki düşkünüdür? - “Bəli, klublara gedirəm!“

saytların hazırlanması

Evə çatdırılma

Mahir içki düşkünüdür? - “Bəli, klublara gedirəm!“

İdman

10 Fevral 2022 13:24 987


Millimizin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli onun barəsində Polşanın bəzi media orqanlarında yayılan iddialara münasibət bildirib.

Qeyd edək ki, “Legiya”da çıxış etdiyi vaxtda iddia edilib ki, guya Mahir gecə həyatına meyllidir və spirtli içki qəbul edir.

Yenisabah.az-ın məlumatına görə, 24 yaşlı futbolçumuzun Xorvatiyanın sportske.jutarnji.hr saytında dərc olunan geniş müsahibəsində bu məsələyə də toxunulub. Mahir Emreli deyib: pizza sifarişi

“Mən bu haqda danışmağı sevmirəm. Amma əlbəttə, “Dinamo”ya transferimin səbəblərini izah etmək istəyirəm. İstəyirəm ki, hamı əsl həqiqəti bilsin. İndi sizə hər şeyin necə baş verdiyini danışacağam. Mənim bir klubda çəkilən şəklim dərc olundu. Bəli, mən bəzən klublara gedirdim, bunu etiraf etmək çətin deyil. Heç kimə yalan danışmayacağam, çünki elə biri deyiləm. Mənim istirahət günüm olanda kluba gedirəm. Problem nədir ki?”

Emreli deyib ki, kluba az halda gedir. Bir neçə ayda bir dəfə: “Amma mən spirtli içki içmirəm. Qayıdaq Polşa mətbuatında yayımlanan o şəklə. Bu hadisə bizim “Slaviya” (Praqa) ilə oyundan əvvəl baş vermişdi. Həmin oyunda isə mən düz 3 qol vurdum! Mən onda ümumiyyətlə, əylənmirdim. Biz istirahətdə idik. Bir az gəzdim, vəssalam. Həmin şəkil dərc olunandan sonra mənim haqqımda dedilər ki, intizamsız futbolçuyam, kluba hörmət etmirəm. Düz yarım il mənim boş vaxtımda keçirdiyim bir görüşümdən yazdılar. Hər dəfə eyni şəkil paylaşılırdı, elə təsəvvür formalaşdırılırdı ki, mən həmişə klublara gedirəm. Mən isə yarım ildə bir dəfə orda olmuşdum. İnanılmaz bir şeydir. Bunu kim mənə qarşı edirdi, həqiqətən bilmirəm, anlamıram. Mən maksimum dərəcədə peşəkaram”.  (Qol.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!