Mahir “Legiya“nın lideridir

saytların hazırlanması

Evə çatdırılma

Mahir “Legiya“nın lideridir

İdman

10 Noyabr 2021 15:25 788


Milli komandamızın hücumçusu Mahir Emreli bu mövsüm komandası “Legiya”nın ən yaxşı futbolçusudur.

Yenisabah.az xəbər verir ki, Polşa mətbuatının açıqladığı statistikaya əsasən, 24 yaşlı futbolçumuz bütün turnirlər (Ekstraklasa, Çempionlar Liqası, Avropa Liqası, Polşa kuboku və Polşa Superkuboku) üzrə komanda yoldaşlarını qabaqlamağı bacarıb. 

Emreli Rafael Lopeslə birgə ən çox oyun keçirən (26) iki futbolçudan biri, meydanda olma müddətinə görə isə (1609 dəqiqə) birincidir. O, bu görüşlərdə 11 qol vurub, 1 qolun ötürməsini edib. Beləliklə, “Legiya”nın 33 qolundan 11-ni futbolçumuz vurub ki, bu da ümumi qolların üçdə biri deməkdir. “Legiya”nın bombardirlər siyahısında olan ikinci futbolçu Muçinin ehtiyatında isə 4 qol var.  Toyuqlu pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!