Mahir  Osmanov vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Mahir Osmanov vəfat etdi - Foto

Hadisə

09 Yanvar 2026 22:44 942


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ailəsinə ağır itki üz verib.

"Yeni Sabah" xəbər verir ki, Xəzər Dəniz Neft Donanmasının istifadəsində olan “Kopyor–315” gəmisinin kapitanı Mahir İsa oğlu Osmanov vəfat edib.

Qeyd edək ki, Mahir Osmanov 30 may 1961-ci ildə Qəbələ rayonunun Mıxlıqovax kəndində dünyaya göz açıb. 1969–1978-ci illərdə Mıxlıqovax kənd orta məktəbində təhsil alıb. 1978–1981-ci illərdə Bakı Dəniz Yolları Məktəbində “Gəmi sürücülüyü” ixtisası üzrə təhsilini davam etdirib. Sezar pizza

1981-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində matros kimi əmək fəaliyyətinə başlayıb və kapitan vəzifəsinədək yüksəlib. 2009-cu ildən etibarən məhz bu vəzifədə fəaliyyət göstərib.

Allah rəhmət eləsin!

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!