Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya “Dinamo”su qış təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq görüşünü keçirib.
Yenisabah.az xəbər verir ki, Zaqreb təmsilçisi Sloveniyanın “Bravo” klubu ilə qarşılaşıb. Görüş “Dinamo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Emreli start heyətində meydana çıxıb və 58 dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bundan əvvəl Sloveniyanın "Çelye" klubu ilə keçirilən yoxlama matçında da (1:1) Mahir start heyətdə yer almışdı. pizza
Telegram kanalımız