Azərbaycan millisinin üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxıb.
Yenisabah.az xəbər verir ki, komanda 28-ci turda səfərdə "Slaven"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
M.Emreli sözügedən görüşdə iştirak etməyib. O, zədələndiyi üçün adı matçın iştirak ərizəsinə salınmayıb. Dördpendirli pizza
Qeyd edək ki, "Dinamo" yarışın turnir cədvəlində 57 xalla birincidir. "Slaven" isə 30 xalla 7-ci pillədə qərarlaşıb.
18:00. "Slaven" - "Dinamo" (Zaqreb) - 0:1
Qol: Orşiç, 20
"Qradski" stadionu
Telegram kanalımız