Azərbaycan millisinin və "Konyaspor"un futbolçusu Mahir Emreli ötən gün Türkiyə Superliqasının 26-cı turunda "Qalatasaray"a qalib gəldikləri matç (2:1) barədə fikirlərini bölüşüb.
Yenisabah.az xəbər verir ki, o, öz İnstaqram hesabında bu haqda paylaşım edib. Mahir yazıb:
"İnanmaq qələbənin yarısıdır deyirdilər. Biz bunu sübut etdik. Təbriklər, "Konyaspor"!" Pepperoni pizza
Qeyd edək ki, sözügedən görüşdə Mahir də iştirak edib. O, start heyətində meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.
Telegram kanalımız