Mahir “Sevilya“ya qarşı oynayacaq? - Futbolçumuz İspaniyadadır

saytların hazırlanması

Evə çatdırılma

Mahir “Sevilya“ya qarşı oynayacaq? - Futbolçumuz İspaniyadadır

İdman

17 Fevral 2022 10:42 2494


Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Avropa Liqasında 1/16 final oyununa çıxacaq.

Yenisabah.az xəbər verir ki, Zaqreb təmsilçisi "Sevilya"nın (İspaniya) qonağı olacaq. Qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Mahir komandasının "Sevilya" ilə oyundan əvvəl son məşqində iştirak edib. Onun sözügedən matçda meydana çıxacağı gözlənilir.  Sezar pizza

Qeyd edək ki, Mahir fevralın 3-ü "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb. 

Avropa Liqası, 1/16 final mərhələsi

00:00. "Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

“Ramon Sançes Pisxuan” stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!