Mahir Türkiyə klubuna keçir   - Şok iddia

saytların hazırlanması

Evə çatdırılma

Mahir Türkiyə klubuna keçir - Şok iddia

İdman

20 Yanvar 2022 14:00 902


Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Başakşehir”lə hərtərəfli razılığa gəlib.

Yenisabah.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

Bildirilib ki, “Legiya” ilə müqaviləsi davam etməsinə baxmayaraq, Polşa klubunun düşərgəsinə qayıtmayan 25 yaşlı forvard İstanbul təmsilçisi ilə sözləşmənin detallarını razılaşdırıb. Ancaq “Başakşehir”in bu keçidi rəsmiləşdirmək üçün şərti var: Dominos pizza

Futbolçu “Legiya” ilə hüquq çərçivəsində yollarını ayırmalı və heç bir problem olmamalıdır. Yəni Super Liqa təmsilçisi Mahiri azad agent kimi qəbul etməyə hazırdır.

Qeyd edək ki, “Legiya” hazırda təlim-məşq toplanışında olsa da, Mahir Emreli komandaya qayıtmayıb. Həmyerlimiz 2024-cü ilin yayına qədər olan müqaviləsinə xitam verilməsi üçün varşavalılara rəsmi məktub göndərib. (apasport)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!