Mahirin komandası Xorvatiya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Mahirin komandası Xorvatiya çempionu oldu

İdman

16 May 2022 11:47 961


Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu mövsüm Xorvatiya Liqasında çempionluğu təmin edib.

Yenisabah.az xəbər verir ki, komanda bu gün 35-ci turda səfərdə “Sibenik"ə 2:0 hesabı ilə qalib gələrək buna nail olub. Bu qələbə ilə xalını 76-ya çatdıran Zaqreb təmsilçisi yarışın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisi "Hayduk" üçün (72 xal) əlçatmaz olub və çempionluğu rəsmiləşdirib. Mahir sözügedən görüşdə sonadək ehtiyatda qalıb.

"Sibenik" - "Dinamo" (Zaqreb) - 0:2 Dominos pizza

Qollar: Toliç, 40, Boçkay, 53

Beləliklə, "Dinamo" tarixində 23-cü dəfə ölkə çempionu olub. M.Emreli də legioner kimi ilk çempionluğu yaşayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!