“Manafın maşını“nın 1 günlük toy qiyməti nə qədərdir?

saytların hazırlanması

Evə çatdırılma

“Manafın maşını“nın 1 günlük toy qiyməti nə qədərdir?

Şou

23 Fevral 2022 16:53 1882


Azərbaycanın toy bazarında canlanma müşahidə olunur. Bəs, toyu karvanı, gəlin maşını üçün kirayə qiymətləri neçəyədir?

Yenisabah.az lent.az-a istinadən bununla bağlı araşdırmanı təqdim edir:

Maşın bazarında istənilən qiymətə avtomobil kirayə götürmək olar. Ən aşağı qiymət 50 manat, ən bahalısı isə 2000 manatdır. Qiymət dəyişikliyinə səbəb isə maşının hansı ölkənin istehsalı olması, avtomobilin alınma qiyməti və nə qədər məsafədə hərəkət edəcəyi ilə bağlıdır. Dominos pizza

Məsafələr artdıqca maşının kirayəsi də 30-60 manat artır.

Ən ucuz xidmət Almaniya istehsalı olan "BMW" və "Mercedes S-Class"larladır. Onlarda isə kirayəsi 80-300 manat arasındadır.

Araşdırmamız nəticəsində bəlli oldu ki, evlənənlər daha çox "Lexus", "Range Rover", "Prado", "Hummer", "Hyundai", "X-trail" kimi markalı maşınlara üstünlük verirlər.

Qeyd edək ki, üstüaçıq maşınların (kabriolet) kirayə məbləği daha ucuzdur. Onların kirayə məbləği 70-90 manat arasında dəyişir. İndi də qış olduğu üçün kabriolet maşınların qiyməti ucuzlaşıb. Qiyməti 500-2000 manat arasında dəyişən "Limuzin"lər isə daha çox rayonlardan sifariş verilir.

Günlüyü bahalı olan bəzi maşınların siyahısı:

"Mercedes s class Maybach" -1200 manat

"Rolls-Royce Phantom" -1200 manat

"Rolls-Royce Ghost" - 1300

"Hummer Limuzin" -1200 manat

"Mercedes CLS Alivie" - 50 manat.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!