“Mançester Siti“ rekord gəlir əldə etdi

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Siti“ rekord gəlir əldə etdi

İdman

07 Noyabr 2022 15:01 1270


"Mançester Siti" 2021/22 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.

Yenisabah.az klubun saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi rekord gəlir və mənfəət əldə etdiyini bildirib. Gəlirlər 613 milyon sterlinq, mənfəət isə 41,7 milyon sterlinq olub. Üstəlik, ötən mövsümlə müqayisədə mənfəət iki dəfədən çox artıb.

"Mançester Siti"nin maliyyə göstəricilərinin yaxşılaşmasına kömək edən amillər arasında koronavirus pandemiyasından sonra azarkeşlərin "Etihad" stadionuna qayıtması, həmçinin klubun kommersiya gəlirlərinin artması daxildir. Toyuqlu pizza

Bundan əlavə, “Mançester Siti” oyunçu satışından 67,7 milyon sterlinq qazanıb. Klub son beş ildə oyunçu satışından 250 milyon sterlinqdən çox pul əldə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!