Mançininin ümidi braziliyalılaradır

saytların hazırlanması

Evə çatdırılma

Mançininin ümidi braziliyalılaradır

İdman

24 Yanvar 2022 14:52 570


Dünya çempionatının pley-off oyunlarına iki ay qalmış İtaliya yığmasının baş məşqçisi Roberto Mançini kadr problemi ilə üzləşib.

Yenisabah.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis bunu radikal şəkildə həll etmək niyyətindədir.

Mançini daha iki braziliya əsilli oyunçunu yığmaya cəlb etməyi düşünür. Bunlar "Latsio"da çıxış edən Luis Felipe və "Kalyari"də oynayan Joao Pedrodur. Hər iki oyunçunun qarşıdakı matçlarda millidən dəvət alacağı gözlənilir. Marqarita pizza

Qeyd edək ki, Luis Felipe və Joao Pedro Braziliyanın aşağı yaş qruplarından ibarət yığmalarına çağırılıb. Hazırda İtaliya seçməsinin formasını geyinən Jorjinyo və Emerson da Braziliya əsillidir. Son Avropa çempionu DÇ-2022-nin pley-off-unda martın 24-də Şimali Makedoniya ilə üz-üzə gələcək. Qalib gələn komanda martın 29-da Portuqaliya - Türkiyə duelinin güclüsü ilə görüşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!