Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.
Yenisabah.az xəbər verir ki, Stadnik 50 kq çəki dərəcəsində özbəkistanlı Jasmina İmmayeva ilə görüşdə asan qələbə qazanıb. Rəqibini vaxtından əvvəl, 10:0 hesabı ilə məğlub edən qadın güləşçimiz karyerasında ikinci dəfə İslamiadanın qalibi olub.
Xatırladaq ki, Mariya Stadnik 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı. Toyuqlu pizza
Telegram kanalımız