Market sahibini bıçaqla yaraladı: 2 min tələb etdi

saytların hazırlanması

Evə çatdırılma

Market sahibini bıçaqla yaraladı: 2 min tələb etdi

Kriminal

10 Fevral 2022 10:52 674


Salyan Rayon Polis Şöbəsinə fevralın 9-da şəhər ərazisindəki marketlərdən birinə gəlmiş naməlum şəxsin oranın sahibi, şəhər sakini A.Cəfərovu bıçaqla hədələyərək 2000 manat pul tələb etməsi və ona xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

A.Cəfərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. pizza sifarişi

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ş.Ağamalıyev saxlanılıb. Bu zaman o, bıçaqla özünün qarın nahiyəsinə xəsarət yetirib.

Dərhal polis əməkdaşları tərəfindən o, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Rəsmi məlumata görə, hazırda Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!