ABŞ dövlət katibi Marko Rubio İranın nüvə proqramı ilə bağlı Tehranın "yalnız dinc məqsədlər güdür" iddiasına şübhəsini bildirib.
“Yeni Sabah”ın Associated Press-ə istinadla xəbər verir ki, o, ABŞ-nin bəzi ölkələrlə razılaşmalarını xatırladıb:
“Əgər həqiqətən maraqlandıqları şey dinc nüvə proqramıdırsa, bunu dünyanın əksər ölkələrinin etdiyi kimi edə bilərlər - yerüstü reaktorlara sahib olar və nüvə yanacağını idxal edərlər”. Marqarita pizza
Rubio vurğulayıb ki, İranın uranı yerin dərinliklərində zənginləşdirmək istəyi və keçmişdə yüksək səviyyədə zənginləşdirmə fəaliyyəti ciddi narahatlıq doğurur:
“Keçmişdə uranı 20, hətta 60 faizə qədər zənginləşdirmisiniz, üstəlik potensial olaraq döyüş başlıqları daşıya biləcək raketlər hazırlayırsınızsa, İran mənə nüvə silahı yaratmaqda maraqlı olmayan bir ölkə kimi görünmür”.
Telegram kanalımız