Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq "Marsel" bu matçın hazırlıqlarını davam etdirir.
Yenisabah.az xəbər verir ki, Fransa təmsilçisinin rəsmi "Tvitter" hesabında Bubakar Kamara və Leonardo Balerdinin məşqdən şəklini yayımlayıb və bu sözləri yazıb: "Qarabağ" - "Marsel" oyunu hər kəsin ağlındadır".
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Bu komandalar arasında Fransadakı ilk oyunda "Marsel" 3:1 hesabı ilə qalib gəlib. pizza
Telegram kanalımız