Marsellilər “Qarabağ“la öz meydanında oynayacaq

saytların hazırlanması

Evə çatdırılma

Marsellilər “Qarabağ“la öz meydanında oynayacaq

İdman

08 Fevral 2022 16:12 686


Fransa Futbol Federasiyası (FFF) Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”-“Qarabağ” oyununun bu ölkədə keçiriləcəyini təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, qurum qonaq komandanın koronavirus protokoluna tam əməl etməsi şərtilə “Velodrom” stadionunda meydana çıxmasında maneə görməyib.

Fevralın ilk günündə Fransa hökuməti Rusiya və Çin peyvəndi vurulmuş idmançıların ölkəyə girişinə icazə verib. Əsas tələb futbolçuların tam peyvənd olunması və matçın startına 24 saat qalmış koronavirus testi verməsidir. Görüşün keçiriləcəyi şəhərə çarter uçuşu isə UEFA tərəfindən tələb olunub. Dominos pizza

Protokola əsasən, komandaların A siyahısında ən azı 13 oyunçu varsa, oyun baş tutmalıdır. Əks təqdirdə, klub B siyahısından futbolçuları bura cəlb edə bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!