Mart-aprel aylarında Suraxanıda narkotikə görə 60 nəfər saxlanılıb - Video

saytların hazırlanması

Evə çatdırılma

Mart-aprel aylarında Suraxanıda narkotikə görə 60 nəfər saxlanılıb - Video

Kriminal

24 Aprel 2023 14:38 1196


Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Hövsan, Yeni Günəşli, Yeni Suraxanı və Əmircan qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 7 nəfər – Seymur Rəşidov, Xəyal Sultanov, İbrahim İbrahimov, Rəşad Məmmədov, Namin Bədəlov, Səməndər Şükürov və Mikayıl Süleymanov saxlanılıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 10 kiloqramdan çox heroin, marixuana və metamfetamin aşkar edilib. pizza hut

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Qeyd edək ki, Suraxanı rayonunda cari ilin mart və aprel aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 60 nəfər saxlanılıb. Onlar barəsində İdarənin İstintaq Şöbəsində araşdırmalar aparılır. Həmin dövrdə Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah saxlayan daha 2 nəfər də tutularaq istintaqa cəlb edilib. Onlardan 2 ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!