“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmağa hazır deyil. Yekun layihə yoxdur, lakin xarici işlər nazirlərinin yanvarda gözlənilən görüşündə, nəhayət, müqavilənin mətninin razılaşdırılmasına ümid var”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib.
O, 32 erməni hərbçinin qaytarılmasını Ermənistanla Azərbaycan arasında etimad mühitinin möhkəmləndirilməsi istiqamətində müsbət addım adlandırıb və ümid edib ki, belə kiçik addımlarla sülh razılaşması əldə oluna bilər. Dominos pizza
E. Marukyan bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunan bütün şərtlər artıq etibarlı deyil.
“Səhv təəssürat yaranıb ki, danışıqlar ABŞ-da, Brüsseldə və ya Moskvada gedirsə, deməli, onlar qarantdır, lakin bu, belə deyil. Zəmanət mexanizmi sənədləşdirilməli, tərəflər arasında mübahisə yaranarsa, orada bütün şərtlər göstərilməlidir”.
Xatırlaadq ki, E. Marukyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gələn ay – yanvarda Vaşinqtonda görüşəcəyini də bildirib.
Telegram kanalımız