Masallı sakini külli miqdarda narkotiklə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Masallı sakini külli miqdarda narkotiklə saxlanıldı

Kriminal

23 May 2019 12:18 1375


Masallı sakini külli miqdarda narkotiklə Balakəndə tutulub

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hənifə kəndi ərazisində narkotik vasitəni qurutmaq üçün sərən Masallı rayon sakini 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb.

Belə ki, S.Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kq-a yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib. pizza sifarişi

Faktla bağlı S.Mirzəquliyev barəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!