Masallı sakinində qanunsuz odlu silah aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Masallı sakinində qanunsuz odlu silah aşkarlandı

Kriminal

16 Dekabr 2021 21:58 543


Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat tədbirləri zamanı Həsənli kənd sakini V.Ağayevdən qanunsuz olaraq saxladığı ov tüfəngi aşkar edilərək götürülüb. Toyuqlu pizza

Silah aidiyyəti üzrə təhvil verilib. V.Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!