Masallı sakinindən odlu silah götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Masallı sakinindən odlu silah götürüldü

Kriminal

20 Dekabr 2021 23:33 588


Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat tədbirləri zamanı Qızılağac kənd sakini R.Əliyevdən qanunsuz olaraq saxladığı bir ədəd “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Silah aidiyyəti üzrə təhvil verilib. R.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.  pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!