Masallıda koronavirus xəstəsi ictimai yerdə aşkarlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Masallıda koronavirus xəstəsi ictimai yerdə aşkarlandı - Foto

Hadisə

07 Fevral 2022 22:31 628


Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Masallı rayon sakini R.Əmirova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb. Toyuqlu pizza

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!