Masallıda meşə massivində yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Masallıda meşə massivində yanğın oldu

Hadisə

03 Avqust 2023 18:47 1327


Masallı rayonunun Yeyənkənd kəndi ərazisindəki meşə massivində yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə ərazisində kol-kos və xəzəlin yandığı və alovun meşədəki çoxillik ağaclara keçmə riskinin yüksək olduğu müəyyən edilib. Toyuqlu pizza

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən ağaclara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 500 m² sahədə kol-kos və xəzəl yanıb, meşə massivi yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!