Maşın emalatxanasında heroin aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Maşın emalatxanasında heroin aşkarlandı

Kriminal

25 May 2019 08:33 1048


İsmayıllı rayonunda avtomobil ustaları emalatxanalarında heroinlə tutulub.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər - əvvəllər məhkum olunmuşlar 44 yaşlı şəhər sakini Mehman Mehdiyev və rayonun Mican kənd sakini, 47 yaşlı Xəyyam Əhmədov saxlanılıb.

Şəxsi axtarış keçirilən zaman onların üzərindən və usta olaraq işlədikləri avtomobil təmiri emalatxanalarından şprislərə doldurulmuş narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Sezar pizza

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!