Sabunçu Rayon Məhkəməsində 13 yaşlı Xədicə Quliyevaya (soyadlar şərtidir) qarşı əxlaqsız hərəktlər edən 1985-ci il təvəllüdlü Anar Babayevə hökm oxunub.
“Yeni Sabah” xəbər verir ki, hadisə bu ilin aprelin 1-də Suraxanı rayonunda baş verib. Araşdırmalar zamanı məlum olub ki, Xədicə Anar Babayevlə İnstaqram üzərindən tanış olub. Belə ki, Anar ilkin olaraq Xədicəyə “Ülkər” adı ilə yazmağa başlamış, lakin Xədicə onu bloka atdığından o, Xədicəyə başqa profildən Xədicənin şəkillərini açıq geyimli qadın şəkilləri ilə montaj edərək göndərib. Xədicə niyə bunu etdiyini soruşduqda o “Ülkər” adlı profilini bloka atdığı üçün etdiyini deyib. Sonradan Anar əgər onunla görüşərsə əl çəkəcəyini deyib. Beləcə Xədicə onunla görüşərək maşınına minib. Anar maşının arxasına keçərək əxlaqsız hərəkətlər etməyə başlayıb. Bundan xəbər tutan anası Günay Quliyeva Xədicənin telefonundan Anarla Xədicə adı ilə yazışmağa başlayıb. O, Anarın polislər tərəfindən yaxalanması məqsədi ilə görüş təyin edib. Xədicəyə yenidən görüşə getməsini və polis əməkdaşları ilə orada olacaqlarını, Anar gələndə onu tutacaqlarını bildirib. Lakin görüşə getdikdə Anar onu maşınına oturdub məhlələrin arasına sürərək yenidən Xədicəyə qarşı əxlaqsız hərəkətlər törədib və bunu telefonu ilə video çəkiliş vasitəsi ilə qeydə alıb.
Zərərçəmiş şəxsin anası Günay Quliyeva dindirilən zaman bildirib ki, Anar Babayevlə yazışarkən Anar onu Xədicə sanaraq şəkillər göndərməsini istəyib o, şəkil göndərə bilməyəcəyini dedikdə isə onu Xədicə zənn edib təhdid edərək ona pislik edəcəyini deyib: “Bundan sonra polisə baş verənlər barədə məlumat vedik. Polis bizə həmin şəxslə əlaqəni davam etdirərək Xədicənin adından onu görüşə çağırmağımızı və bu zaman onu yaxalayacaqlarını bildirdi. Bundan sonra Xədicə adından Anarla danışmağa davam etdik və onunla görüş təyin etdim. Görüşə həyat yoldaşım, polislər və qızım Xədicə getdi. Plana əsasən Xədicə həmin şəxsin kim olduğunu gördükdən sonra polislər onu saxlamalı idilər. Lakin hadisələr fərqli cərəyan etdi. Xədicə yaxınlaşan zaman o Xədicəni maşına oturdub oradan uzaqlaşdı və maşının izini itirdik. Xədicəyə zəng edib qorxmamasını bildirdim, mənimlə danışan zaman maşının nömrəsini təxmini olaraq dedi. Bir müddət sonra yerləri müəyyən edildi və Anar polis tərəfindən saxlanıldı”. Dominos pizza
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Anar Babayev ifadəsində özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu deyib və zərərçəkmiş şəxsdən üzr istəyib.
Anar Babayev Cinayət Məcəlləsinin 153.2-ci (əxlaqsız hərəkətlər- 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirli bilinib. Məhkəmənin qərarı ilə ona iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Nəzrin Cavadzadə
Telegram kanalımız