Maşında yanacaq donursa... - “İçində su molekulları olub”

saytların hazırlanması

Evə çatdırılma

Maşında yanacaq donursa... - “İçində su molekulları olub”

Sosial

25 Fevral 2025 12:10 121


Sosial şəbəkələrdə dizel yanacağının donması nəticəsində TIR sürücülərinin qarlı havada yolda qalmaları ilə bağlı görüntülər müzakirə yaradıb. Hadisənin hansı ərazidə baş verdiyi isə məlum deyil.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hadisənin paytaxtda, yaxud dağ rayonunda hansı baş verdiyinin məlum olmadığını bildirib

“Dizel donur. Buna görə də Rusiya, Monqulstan, o cümlədən Qazaxıstanda, bəzən də Qırğızıstanda “yüksək şaxtaya dözümlü dizel” deyilən marka da var. Həmin dizel adi dizeldən fərqlənir. Qiyməti də fərqlidir. Təxminən, Aİ-95 markalı benzin qiymətindədir. Bəzən tələbat artanda bundan da yüksək qiymətə olur. Toyuqlu pizza

Kimsə dizel mühərrikli maşınını Qusar rayonunda, Zaqatalada, Lerikin hansısa kəndlərində saxlayıbsa, həmin ərazilərdə havanın temperaturu mənfi 20 dərəcə olub. Bu temperatur kritikdir. Şaxtaya dözümlülük temperatur mənfi 20 dərəcədən yüksək olanda başlayır. Yüksək temperaturda hansısa donma olubsa, deməli, həmin yanacağın içində su molekulları olub. Buna görə də hadisənin hansı temperaturda baş verdiyini əvvəlcə ayırd etmək lazımdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!