Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı

Dünya

24 Noyabr 2024 20:55 872


Amerikalı milyarder İlon Mask mümkün üçüncü dünya müharibəsinin risklərinə toxunub və onları Trampın prezidentliyi ilə əlaqələndirib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı o, "X" sosial şəbəkəsindəki hesabında qeyri-adi illüstrasiya ilə yazı paylaşıb.

Mask insan beyninin və uçan güllənin təsvir olunduğu iki şəkil paylaşıb. Birinci şəkildə güllə beyinə dəyir, onun altında isə "III dünya müharibəsi" yazılıb. İkinci şəkildə güllə qulağı cızır və beyindən yan keçir, altında isə "Marsın kolonizasiyası" sözləri yazılıb. Marqarita pizza

Görünür, bu yolla "Tesla" və "SpaceX" şirkətlərinin sahibi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa sui-qəsd cəhdinə istinad edib. Həmin vaxt siyasətçi qulağından yaralanıb, güllə onun başının bir neçə santimetr yaxınlığından keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!