Maskın sərvəti 37,3 milyard dollar artıb 

saytların hazırlanması

Evə çatdırılma

Maskın sərvəti 37,3 milyard dollar artıb 

Maraqlı

30 Aprel 2024 09:06 939


Son beş gündə “Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi İlon Maskın sərvəti 37,3 milyard dollar artıb. 

Yenisabah.az xəbər verir ki, bunu “Bloomberg Billionaires Index”in məlumatı göstərir. 

Bu, onun sərvətində 2022-ci ilin mart ayının əvvəlindən bəri ən böyük həftəlik artımdır.  pizza

Çin texnologiya şirkəti “Baidu” ilə mümkün əməkdaşlıq xəbərləri “Tesla”nın səhmlərini artırıb. 

Təkcə aprelin 29-da İlon Maskın sərvəti 18,5 milyard dollar artaraq 201,5 milyard dollara çatıb. 

Həmin gün “Tesla”nın səhmləri 17,76% bahalaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!