Maştağada 47 yaşlı kişi qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Maştağada 47 yaşlı kişi qətlə yetirildi

Kriminal

04 Aprel 2022 10:57 497


Bakıda 47 yaşlı kişi qətlə yetirilib.

Bu barədə "Yeni Sabah"a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 2-i saat 11 radələrində Sabunçu rayonu, Maştağa qəsəbə sakini, 1975-ci il təvəllüdlü Natiq Nəcəfovun xəsarət alması və almış olduğu xəsarətdən saat 15 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dördpendirli pizza

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, onunla eyni qəsəbədə yaşayan 1984-cü il təvəllüdlü Adəm Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Natiq Nəcəfova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Adəm Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!