Mayın 1-dən Bakı-Tbilisi qatar reysi açılır? – “Nazirin özü də bununla bağlı paylaşım edib”

saytların hazırlanması

Evə çatdırılma

Mayın 1-dən Bakı-Tbilisi qatar reysi açılır? – “Nazirin özü də bununla bağlı paylaşım edib”

Sosial

19 Fevral 2025 13:47 950


Azərbaycanın Gürcüstanla sərhədinin tezliklə açılacağı iddiası günlərdir iddia olunur. Açılışın aprelin ilk günündən baş tutacağı artıq böyük ajiotaj yaradıb. İddiaya təməl verən isə iki ölkə rəsmilərinin danışıqları olub.

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcək. Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bu məsələ ölkənin Baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə keçirilən görüşdə müzakirə olunub.  pizza hut

Mövzu ilə bağlı Yenisabah.az-a danışan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev bildirib ki, təklif müzakirədən o yana keçməyib:

“Bu məsələ sadəcə müzakirə edilib. Cənab nazir özü də bununla bağlı paylaşım edib. Dəmiryolunun hərəkəti sərhədlə əlaqədar bağlıdır. Sərhəd açılarsa və müvafiq tapşırıq verilərsə, nəqliyyatın hərəkəti bərpa edilə bilər”.

Xatırladaq ki, 27 dekabr 2024-cü ildə baş nazir Əli Əsədov ölkə ərazisində karantin rejiminin daha 3 ay uzadılması barədə qərara imzalayıb. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!