Mayis Bərxudarov sərəncama götürüldü   - YENİ TƏYİNAT

saytların hazırlanması

Evə çatdırılma

Mayis Bərxudarov sərəncama götürüldü - YENİ TƏYİNAT

Siyasət

06 Oktyabr 2024 14:55 4216


Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, general-mayor Vilayət Bərxuda oğlu Quliyev 2-ci Ordu Korpusuna komandir təyin olunub.

Qeyd edək ki, bu vəzifəni əvvəlcə general-leytenant Mayis Bərxudarov icra edirdi. O, hazırda sərəncama götürülüb. pizza hut

Xatırladaq ki, Vilayət Quliyevin rəhbərlik etdiyi hərbi hissə 44 günlük Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.

Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!